Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun il mərasimi keçirilib

08 noyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Məmmədov Səbuhi Zahid oğlu 2000-ci il oktyabrın 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Talış-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Səbuhi Məmmədov 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə"  medalı ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
 

Keçidlər