“Zəfər Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Günü”nə həsr olunmuş “Qızıl hərflərlə yazılmış tarix-8 Noyabr” mövzusunda rəsm müsabiqəsi keçirilib. Rayon Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə 44 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə, gənclər və idman İdarəsinin rəisi Emin Pənahov, təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullayeva və 44 günlük Vətən müharibəsinin iştirakçıları-qazilər “Zəfər günü” münasibətilə şagirdləri təbrik edərək ordumuzun şanlı qələbəsindən, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsindən ətraflı danışıblar.
Müsabiqənin sonunda Umudlu kənd tam orta məktəbin şagirdi Zeynalzadə Nilufər l yer, Kəngərli kənd tam orta məktəbin şagirdi Həsənli Mətin ll yer, Şıxarx kənd 2 saylı tam orta məktəbin şagirdi Abdullazadə Murad və Soyulan kənd tam orta məktəbin şagirdi Şəmiyeva Mələk isə lll yerə layiq görülmüşlər. Qaliblər Gənclər və idman idarəsinin diplomları ilə təltif edilmişlər.