Şriftin ölçüsü :

Saytın rəngi :

Xoruzlu kəndində 432 şagird yerlik məktəb binasının inşası davam etdirilir

04 noyabr 2021 | 16:00

Noyabırın 4-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndinə gedərək məktəbdə aparılan inşa işləri ilə yerində tanış olub. Aidiyyəti qrumlara müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, kənddə inşa edilən 432 şagird yerlik yeni binanın tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.

Məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Binanın ümumi tikinti sahəsi 2374 kvadratmetrdir. Dörd korpusdan ibarət yeni məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq.

Keçidlər