“Zəfər Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Gənclər və İdman idarəsi Təhsil şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi keçirib. Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun mərhələsi isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. 1 akademik saat vaxt ayrılan yekun turda 41 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs ediblər.
Sonra təhsil şöbəsinin nümayəndəsi Fəridə Məmmədova və Uşaq Gənclər Şahmat məktəbinin direktoru Emin Quliyev məktəbliləri salamlayıb, müsabiqənin şərtləri haqqında şagirdlərə ətraflı məlumat verdilər. Qeyd olunub ki, müsabiqənin qalibləri müəyyən olunduqdan sonra rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.