Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun il mərasimi keçirilib

24 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 24 oktyabr 2020-ci il tarixdə Tərtər şəhəri və ətraf yaşayış məntəqələrinin növbəti dəfə atəşə tutulması zamanı Xoruzlu kənd sakini 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

 

Keçidlər