Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərlərlə görüş keçirilmişdir

20 iyun 2014 | 15:00

İyunun 19-da Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Tərtər rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə olmuşlar.

Hər iki rayonun icra hakimiyyətinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini qarşıdan gələn Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə təbrik etmişlər. Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə süfrəsi arxasında əyləşmişlər. Tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.

Keçidlər