Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri Şıxarx qəsəbəsində xatirə ağacları əkiblər

16 oktyabr 2021 | 16:00

Oktyabrın 16-da Şıxarx qəsəbəsində Azərbaycandakı diplomatik korpusun nümayəndələri xatirə olaraq 150 şam ağacı əkiblər.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ərazi haqqında məlumat verib.

Bildirib ki, 1978-ci ildə ermənilər buraya gəlmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, ermənilərin Qafqaza, xüsusilə Azərbaycana köçürülməsi başlanıb.

Münaqişə dövründə, yəni, 1991-1992-ci illərdə bu abidə ermənilərin özləri tərəfindən dağıdılıb. Biz bu ərazini bərpa edib gələcək nəsillərə ötürəcəyik. Qoy onlar bilsinlər ki, ermənilər buraya köçürülüblər, buranın sakinləri olmayıblar. Onlar buraya İranın Marağa kəndindən köçürülüblər və ona uyğun olaraq da buranın adını Marağa qoyublar. Azərbaycan Ordusu qəsəbəni erməni işğalçılarından təmizlədikdən sonra buranın adı dəyişdirilib.

Burada Vətən müharibəsi şəhidlərinin hər birinin adına meyvə ağacı əkilib.

Sonra səfər iştirakçıları ağac əkiblər.

 

Keçidlər