Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhid Orucov Pərviz Novruz oğlunun il mərasimi keçirilib

15 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur.

Erməni qəsbkarları tərəfindən növbəti dəfə 15 oktyabr 2020-ci il tarixdə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminin artileriya atəşinə tutulması zamanı Tərtər şəhər sakini 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər