Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Şəmilov Azər Elyas oğlunun il mərasimi keçirilib

14 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mərasimdə çıxış edərək şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında danışıb. Bildirib ki,  Azərbaycan Silahlı Qüvvələrinin leytenantı və hərbi tibb qulluqçusu Şəmilov Azər Elyas oğlu 13 avqust 1971-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb. 14 oktyabr 2020-ci il tarixdə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sonra rayon rəhbəri tərəfindən şəhidin "Suqovuşanın azad olunması görə" medalı oğlun təqdim olunub.

Qeyd edək ki şəhid Şəmilov Azər Elyas oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər