Tərtərdə Vətən müharibəsi şəhidi Həsənli Zəlimxan Rafiq oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, N saylı hərbi hissənin əsgəri Həsənli Zəlimxan Rafiq oğlu 07 dekabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 12 oktyabr 2020-ci il tarixdə Füzuli-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Həsənli Zəlimxan Rafiq oğlu 44 günlük Vətən müharibəsində Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" və "Xocavəndin azad olunması görə" medalı ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.