Tərtərdə Vətən müharibəsi şəhidi Bağırlı Mirsədi Mircəfər oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, N saylı hərbi hissənin kiçik giziri Bağırlı mirsədi Mircəfər oğlu 12 iyun 2000-ci ildə Tərtər rayonunun Umudlu kəndində anadan olub. 11 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Bağırlı Mirsədi Mircəfər oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə" və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.