Tərtərdə Vətən müharibəsi şəhidi Rəhimli Bəxtiyar Nəsimi oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Rəhimli Bəxtiyar Nəsimi oğlu 07 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Rəhimli Bəxtiyar Nəsimi oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.