R-7 paylayıcı kanalının açılışı olmuşdur
İyunun 11-də rayonun Dəmirçilər kəndində R-7 paylayıcı kanalının açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov açmışdır. O, bildirmişdir ki, ümumi uzunluğu 3940 metr, su keçirmə qabiliyyəti saniyədə 3.0 kub metr olan R-7 paylayıcı kanalı rayonun 8 kəndini əhatə etməklə ümumilikdə 1600 hektar əkin sahəsinin suvarılmasını təmin edəcəkdir.
Daha sonra çıxış edənlər, Suvarma Sistemləri İdarəsinin müdiri Zahid İbrahimov, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova, Dəmirçilər kənd sakini Fazil Eyvazov və digərləri öz çıxışlarında R-7 paylayıcı kanalının əhəmiyyətindən danışmış, kənd sakinlərinin problem və qayğılarının həl olunmasına göstərilən köməkliyə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon icra hakimiyyətinin başçısı Müsrəqim Məmmədov kanalın açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş və öz xeyir-duasını vermişdir.