Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin keçirilməsi ənənə halı almışdır
11 iyun 2014 | 15:00
İyunun 10-da Heydər Əliyev Mərkəzində Tərtər şəhər sakini Emirov Mübariz Yusif oğlu ilə Goranboy rayon sakini Hüseynova Elnurə Elşad qızının nigah mərasimi keçirilmişdir.
Nigah mərasimdən öncə ailə quran gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.