Heydər Əliyev Mərkəzində növbəti niğah mərasimi keçirilmişdir
İyunun 7-də Tərtər rayonunda yeni ailə həyatı quran Bərdə rayon Zümürxan kənd sakini Yusibov Eltun Nurədin oğlu ilə Tərtər şəhər sakini Əkbərli Xəyalə Fədai qızının nigah mərasimləri Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Mərasim iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin mərkəzdəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoymuşlar.
Mərkəzin geniş və yaraşıqlı foyesində davam edən nigah mərasimində nigah aktlarını imza edən xoşbəxt cütlüklər həyatlarındakı ən unudulmaz hadisənin müqəddəs bir məbəddə - Heydər Əliyev Mərkəzində keçirilməsindən iftixar duyduqlarını və bu xoş hadisəni heç zaman unutmayacaqlarını sevinclə söyləmişlər.
Rayon İcra hakimiyyəti başçısının müavini Elvin Umudov bəylə gəlini təbrik edərək xoş arzularını bildirmiş və gənc ailəyə icra hakimiyyəti başçısı adından hədiyyə təqdim etmişdir.