Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhid Mehdiyeva Ayna Məhəmmədəli qızının il mərasimi keçirilib

30 sentyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 30 sentyabr 2020-ci il tarixdə Tərtər şəhərinin növbəti dəfə atəşə tutulması zamanı şəhər sakini 1965-ci il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər