Tərtərdə mülki şəhid İbrahimov Şahin Mahmud oğlunun il mərasimi keçirilib
30 sentyabr 2021 | 16:00
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır artilleriya silahlarından atəşə tutmuşdur.
Bunun nəticəsində 30 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin qarşısındakı ərazinin atəşə tutulması zamanı Tərtər rayon Dəmirçilər kənd sakini 1987-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu şəhid olmuşdur.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.