Tərtərdə Vətən müharibəsi şəhidi Hüseynov Eşqin Cəsarət oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, N saylı hərbi hissənin əsgəri, 1998-ci il təvəllüdlü Hüseynov Eşqin Cəsarət oğlu 29 sentyabr 2020-ci il tarixlərində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Hüseynov Eşqin Cəsarət oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.