Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Əzizov Ayşad Qaryağdı oğlunun il mərasimi keçirilib

29 sentyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1990-cı il təvəllüdlü Əzizov Ayşad Qaryağdı oğlu 29 sentyabr 2020-ci il tarixdə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid  Əzizov Ayşad Qaryağdı oğlu 44 günlük Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra  “Vətən uğrunda” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər