Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhidlərin il mərasimi keçirilib

29 sentyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 29 sentyabr 2020-ci il tarixdə rayon Şıxarx qəsəbəsinin növbəti dəfə atəşə tutulması zamanı bir ailənin iki övladı – Tərtər rayonunun Poladlı kənd sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu, 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu və Şıxarx qəsəbə sakini 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər