Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar bayram sevinci yaşadılar

01 iyun 2014 | 15:00

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə “Heydər parkı”nda uşaqlara həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə, sonra isə şəhər uşaq kitabxanasının kitab sərgisinə baxmışlar. Tədirdə iştirak edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov rayon icra hakimiyyətinin başçısı adından uşaqları bayram münasibətilə təbrik etmiş, onlara xoşbəxt gələcək, firavan həyat arzulamışdır.

Sonra uşaqların iştirakı ilə hazırlanmış bayram konserti olmuşdur. Uşaqlar mahnı oxumuş, şeir demiş, oynayıb şənlənmişlər. Sonda parkda uşaqlar üçün quraşdırılmış karusellərin aşılışı olmuşdur.
 

Keçidlər