Tam orta məktəblərdə “Son zəng” çalındı
May ayının 30-31də rayonun 32 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. “Son zəng” tədbirində tam orta məktəblərin 611, ümumi orta məktəblərin isə 212 şagirdi iştirak etdi. Məzunları müstəqil həyata səsləyən zəngin sədaları tədbir iştirakçılarını da kövrəltdi. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri də tədbirə qatıldırlar.
Şəhər 1saylı və şəhər 6 saylı tam orta məktəbin məzunlarının “Son zəngində” iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən aslı olduğunu vurğuladı. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı arzuladı.