Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində görüş keçirilib

25 sentyabr 2021 | 16:00

BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.

Icra başçısı qonaqları salamlayaraq bildirib ki, həyata keçirilən layihələr, vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Layihələrin davamlı olması üçün biz də öz üzərimizə düşən vəzifələri yerinə yetiririk.

İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir. Təlimlər zamanı praktik məşğələlər, rol oyunları, uğur hekayələri və digər interaktiv metodikaların tətbiqi təlim materiallarının dərindən mənimsənilməsinə şərait yaradır.

Təlimlər layihənin tərəfdaşları olan “Müstəqil Həyat Tərzi” Əlilliyi olan İnsanlara Dəstək İctimai Birliyinin, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilir. 2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.

Keçidlər