İcra başçısı ümumtəhsil məktəblərində olub
Tərtər Rayon İcra Hakimiyyətrinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yeni tədris ilinin başlanması münasibəti ilə Tərtər şəhərinin məktəblərində olub.
O, yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləritəbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad edilib.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
İcra başçısı Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinin yeni inzibati binalarının tikintisi üçün layihə smeta sənədlərinin artıq hazır olduğunu bildirib.
Rayon rəhbəri vurğulayıb ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilində umumtəhsil məktəblərini 584 nəfər məzun bitirib. Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər deyiblər. Çalınan zəng onları sinif otaqlarına səsləyib.