Şəhidin doğum günü məzarı önündə qeyd olunub
Tərtər rayonunun Yuxarı Qapanlı kənd sakini Vətən müharibəsi şəhidi Hacıyev Rüstəm Firqanı oğlunun doğum günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidin məzarını ziyarət edərək önünə gül-çikçək dəstələri düzüblər.
Tədbirdə şəhidin ailə üzvləri, qohumları, yaxınları, Bakı, Mingəçevir şəhərindən dəvət olunmuş şəhid ailələri də iştirak ediblər.
Şəhidin doğum günündə onun valideyinləri, müəllimləri, dostları tədbir iştirakçıları ilə Rüstəmlə bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Rüstəm Hacıyev müharibənin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Kəlbəcərin azad edilməsi uğrunda döyüşlərdə isə həlak olub. Vəfatından sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medal ilə təltif olunub.