İcra başçısının anım günü münasibəti ilə şəhid məzarlarını ziyarəti davam edir
Azərbaycan Respublikası Prezidentinin “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Hüquq mühafizə orqanlarının rəhbərləri şəhid məzarlarını ziyarət edib. İcra başçısı sentyabrın 22-də Düyərli, Yuxarı Qapanlı, Qaynaq, Qaraqoyunlu kəndlərində olaraq vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül-çiçək dəstələri düzüb.
Sonra İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.