Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər Respublika Gününü qeyd etdilər

29 may 2014 | 15:00

Rayonun “Heydər park”ında 28 may Respublika gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzində Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoymuş,  sonra yığıncaq mərkəzin iclas zalında “dəyirmi masa” ətrafında davam etdirilmişdir.


Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, Respublika gününün tarixindən, xalq cumhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümumilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması üçün apardığı daxili və xarici siyasətdən, bu gün məhz ulu öndərin həyata keçirdiyi layihələrin nəticəsində Azərbaycanın qüdrətli bir dövlətə çevrildiyini qeyd etmişdir.


Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tərtərliləri Respublika Günü münasibətilə təbrik etmiş, Azərbaycanın artıq bütün dünyada iqtisadi və sosial cəhətdən güclü bir dövlətə çevrildiyini vurğulamışdır. O, Heydər Əliyev siyasi  məktəbinin yetirməsi respublika prezidenti möhtərəm İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir Azərbaycanın daha da çiçəkləndiyini, dünyada aparıcı bir dövlətə çevrildiyini qeyd etmişdir. Bildirmişdir ki, tərtərlilər möhtərəm prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini bəyənir, dəstəkləyir və onun ətrafında sıx birləşirlər.


Sonra YAP rayon təşkilatının aparatının rəhbəri Kamil Məmmədov, Qaradağlı kənd tam orta məktəbinin tarix müəllimi Şəlalə Nəcəfova çıxış etmişlər.


Tədbir “Heydər park”ında rayon mədəniyyət evinin öz fəaliyyət kollektivinin konsert proqramı ilə davam etmişdir.

 

Keçidlər