İcra başçısının anım günü münasibəti ilə şəhid məzarlarını ziyarəti davam edir
27 sentyabrın anım günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid məzarlarını ziyarəti davam edir. İcra başçısı sentyabrın 19-da Səhlabad, Əskipara, İsmayılbəyli, Evoğlu, Qazyan, Hüsənli kəndlərində, Tərtərin Bərdə rayonun Şəhidlər xiyabanında və Kələntərli kəndində dəfn olunan bütün şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül-çiçək dəstələri düzüb.
Sonra İcra başçısı şəhidlərin ailə üzvüləri ilə görüşüb, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.