Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhidlərin xatirəsinə həsr olunmuş Güləş turniri keçirilib

19 sentyabr 2021 | 16:00

18 sentyabr 2021-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, SHÇDX-nin Tərtər rayon bölməsi və Tərtər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə karantin qaydalarına uyğun olaraq açıq hava şəraitində, “Zəfərə aparan yol” da torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş, 2009-2011-ci il təvəllüdlü kadetlər arasında sərbəst güləş idman növü üzrə açıq turnir keçirilmişdir.

Turnirdə ayrı-ayrı bölgələrdən ümumilikdə 8 rayon Tərtər, Bərdə,Yevlax, Gəncə, Samux, Qəbələ, Kəlbəcər, Beyləqan komandaları iştirak etmişdir. Turnirin keçirilməsində məqsəd yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, şəhidlərin əziz xatirəsinin daim əbədi tutulması , eləcə də uşaq və yeniyetmələrdə sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olmuşdur.

Turnirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, AVMVİB-nin Tərtər bölməsinin sədri Vidadi Məmmədzadə , ikiqat “SSRİ İdman Ustası” Sabir Zeynalov , Tərtər Gİİ-nin rəis müavini Şəhram Quliyev və Vətən müharibəsi qaziləri iştirak etmişdir.

Əvvəlcə tədbir iştirakçıları, idmançılar və Vətən müharibəsinin qalib qaziləri ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseyinovun abidəsini ziyarət edərək büstü önünə gül-çiçək dəstələri düzüb şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Sonra Heydər Əliyev adına parkda davam edən turnir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Elvin Umudov, Vidadi Məmmədzadə, qazi - Misir Axundov və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın birliyindən, qələbəmizin şəhid və qazilərimizin sayəsində əldə edilməsindən, şəhid ailələri və qazilərə dövlət dəstəyindən və eləcə də ölkəmizdə digər sahələrdə olduğu kimi idman sahəsində də gənclərə dövlət qayğısı barədə ətraflı çıxış etmişlər.

Maraqlı mübarizə şəraitində davam edən turnirdə komanda hesabına l yeri Gəncə komandası, ll yeri Beyləqan, lll yeri Tərtər komandası tutmuşdur. Qaliblər diplom və medallarla təltif edilmişlər.

Keçidlər