Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının anım günü münasibəti ilə şəhid məzarlarını ziyarəti davam edir

17 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid məzarlarını ziyarəti davam edir. İcra başçısı sentyabrın 17-də Sarıcalı, Mamırlı, Poladlı, Kələntərli, Köçərli, Cəmilli, Ağkənd, Dəmirçilər kəndlərində olaraq vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül-çiçək dəstələri düzüb.

Sonra rayon rəhbəri şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər