Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni artezian quyuları işə düşdü

28 may 2014 | 15:00

Rayonun Cəmilli kəndində əhalinin içməli suya olan təlabatını və həyətyanı sahələrini suvarmaq üçün yeni artezian quyusu vurulmuşdur.

Artezianın açılış tədbirini giriş sözü ilə Cəmilli kəndinin İƏD üzrə nümayəndəsi Mənaf Məmmədov açmış, sonra “İqbal R” MMC-nin direktoru Rahim Zeynalov, kənd ağsaqqaları Mikayıl Mikayılov, Əşrəf  Bunyadov, kəndin həkimi Gülnisə Bayramova çıxış etmişlər.

Yeni vurulan arteziana ilk xeyir-duasını isə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vermişdir.

Daha sonra rayonun digər dörd kəndində Balakəngərli, Seydimli, Hacıqərvənd, Hüseynli kəndlərində də yeni subartezian quyuları kənd sakinlərinin istifadəsinə verildi.

Keçidlər