Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib

28 may 2014 | 15:00

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Tərtər rayonunda dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti ilə bağlı maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov iştirakçıları salamlayaraq, Azərbaycan dövlətinin dini və milli tolerantlıq baxımından qonşu dövlətlər arasında liderlik etdiyini, ölkəmizdə digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlərin yaşadığını, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi dövlət tədbirləri haqqında qeyd etmişdir. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Məruzəçi radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik və ədavətin salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tərtər rayon polis şöbəsinin rəisi polis polkovniki Rauf Məcidov çıxışında rayon ərazisində hər bir şəxsin konstitusion hüququ və azadlıqlarının, o cümlədən dini etiqat və əqidə azadlığının tam təmin olunduğunu, qanunvericili aktlarının tələblərini pozanlara qarşı isə ciddi mübarizə tədbirlərinin aparıldığı barədə məlumat verib.

Tərtər RİH-nin başçısının birinci müavini Ramiz Şabanov, Dini Qurumlarla İş üzrə Dğövlət Komitəsinin Qarabağ regional şöbəsinin nümayəndəsi Əlizadə Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə Dini icmanın sədri Sadiq Cəfərov, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov və digər şəxslər mövzu ətrafında çıxış edərək, Dövlət başçısına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək Azərbaycanda din sahəsində maarifləndirmə prosesi ilə bağlı bu cür konfransların mütamadi keçirilməsinin zəruriliyini qeyd etmişlər.
 

Keçidlər