İcra başçısı Şəhid ailələrini qəbul etdi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sentyabr ayının 1-də rayonun Hüsənli kəndindən olan şəhid Mehralı Əliyevin və Qaradağlı kəndindən olan şəhid Sərdar Ələkbərovun ailə üzvlərini qəbul edib, onların problemləri, qayğıları ilə maraqlanıb və müraciətlərini dinləyib. Hüsənli kənd sakini, şəhid övladı Qənimətli Elman ev növbəsi, şəhid oğlu Qaradağlı kənd sakini Ələkbərov Ruslan isə məşğulluq problemi ilə bağlı müraciət ediblər.
Qənimətli Elman Mehralı oğluna anası Həsənova Raziyyə Həbib qızının ev növbəsinə götürülməsi ilə bağlı məlumat verilib, Ruslan Ələkbərovun məşğulluq probleminin həll olunması Məşğulluq Mərkəzinə tövsiyə edilib.
Rayon rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Milli Ordusunun qazandığı qələbədən, torpaqlarımızın işğaldan azad olunmasından, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimzə can sağlıqı diləyib.
Hər iki şəhidin ailə üzvləri qəbuldan razı qalıblar, ölkə rəhbərinə birinci vitse-Prezidentə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.