İcra başçısı könüllülərlə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon icra hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüşüb Karantin qaydalarına əməl olunmaqla keçirilən görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olduğunu nəzərə çatdırıb. Bildirib ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil.
Rayon rəhbəri dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarlımasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonumuzda da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi işləri uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, ötən illərdə Tərtər Rayon İcra Hakimyyətində könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən 7 nəfəri müvafiq işlə təmin olunub.
Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən könüllü fəaliyyətini başa vuran Qurbanova Vüsalə Zabil qızına sertifikat təqdim olunub, könüllülük fəaliyyətinə yeni başlayan Hümbətov İlqar Etibar oğluna isə könüllülük fəaliyyətində uğurlar arzulanıb.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.