Tərtər rayonunda koronavirus pandemiyası ilə mübarizə tədbirləri gücləndirilib
Tərtər rayonda xüsusi karantin rejimində sanitar epidemioloji normalara əməl olunması üçün sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri şəhər ərazisində yerləşən dövlət müəsisələrində, çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda həyata keçirilib.
Aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd rayon sakinlərini pandemiyadan qorumaqdır.
Vətəndaşlarımızı, özümüzün və yaxınlarımızın, ətrafdakıların həyatını COVID-19 təhlükəsindən qorumaq üçün karantin qaydalarının tələblərinə əməl etməyə və vaksinasiyadan keçməyə dəvət edirik.