Tərtərdə vətəndaşların vaksinasiya prossesi uğurla davam edir
“Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi rayon xəstəxanasının həkim heyyəti gündəlik rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin vaksinasiyadan keçməsini həyata keçirir.
İndiyədək rayon sakinlərinə 57 min 714 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 34 min 126, ikinci doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 588 nəfərdir. Bu gün Tərtər rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 53 % təşkil edir.
Əhali arasında aparılan maarifləndirmə tədbirləri öz nəticəsini verir, sakinlər özləri vaksin olunmaq üçün rayon mərkəzi xəstəxanasına və yaşayış massivlərindəki tibb məntəqələrinə müraciət edirlər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vaksinasiya prosesinin gedişi ilə tanış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildiriblər.