Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclərinin VII Forumuna hazırlıqla əlaqədar toplantı keçirilmişdir

27 may 2014 | 15:00

Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclərinin VII Forumuna hazırlıqla əlaqədar toplantı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Gənclər Mərkəzində ümummilli liderin büstü önünə gül-çiçək dəstələri qoymuş, sonra tədbir iclas zalında davam etdirilmişdir.

Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov açaraq bildirmişdir ki, 100993 nəfər rayon əhalisinin 26420 nəfərini gənclər təşkil edir. Gənclər rayonun ictimai-siyasi, sosial-iqtisadi və mənəvi həyatında yaxından iştirak edir, istehsalatda, idmanda uğurlar qazanırlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində rayon gənclərinin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsinin təmin edilməsi, bu sahədə dövlət siyasətinin istiqamətləri üzrə müvafiq proqramların həyata keçirilməsi, istedadların üzə çıxarılması ilə bağlı məqsədyönlü işlər aparılmışdır. Məruzəçi rayon gəncləri qarşısında duran vəzifələrdən, təhsildə, əməkdə, idman və başqa sahələrdə qazanılan uğurlardan söhbət açmışdır.

Sonra APU-nin tələbəsi Tunarə Məmmədzadə “Elm və təhsil”, rayon telekommunikasiya qovşağının işçisi Natiq Aslanov, Beynəlxalq mübadilə və İKT”, şəhər 2 saylı məktəb-liseyin XI sinif şagirdi Məcid Nəcəfli “Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi”, BDU-nin tələbəsi İlahə Kərimli “Asudə vaxtın təşkili”, rayon maliyyə idarəsinin məsləhətçisi, idmançı Əli Əlizadə “Fiziki tərbiyyə” mövzusunda çıxış etmişlər.

Toplantı iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kövrək hislər yaşadığını bildirərək, Azərbaycanda gənc nəsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, dövlət gənclər siyasətindən, Ulu Öndərin milli kadırların artırılması və yerləşdirilməsinə hələ 1970-80-ci illərdə göstərdiyi qayğıdan söhbət açdı. O, qeyd etdi ki, umummilli lider Heydər Əliyev Azərbaycan gənclərini həm elmi, həm fiziki cəhətdən güclü görmək istəyirdi.

Əsası müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün möhtərəm respublika prezidenti ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqraml”nın təsdiqi, onların sosial müdafiəsi üçün verilən Sərəncamlar gənclərə göstərilən qayğının bariz nümunəsidir.

Rayon rəhbəri Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın da gənclərə göstərdiyi diqqət və qayğını, həyata keçirilən layihələri yada saldı. O, rayon gənclərinə öz fəaliyyətlərində uğurlar arzuladı.

Keçidlər