Tərtərdə növbəti dəfə vətəndaşların müraciətləri dinlənildi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödənilməsinə başlandığını bildirib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Rayon sakinləri onların problemlərinə həssaslıqla yanaşıldığına, Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.