Şriftin ölçüsü :

Saytın rəngi :

29 yaşlı şəhid Ceyhun Hacızadənin cənnətdəki ilk doğum günüdür

16 avqust 2021 | 16:00

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 7-dən Suqovuşan istiqmətində qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Keçidlər