Şəhid Azər Qasımovun övladının 6 yaşı qeyd olunub
Bu gün Tərtər rayonunun Yenikənd kəndindən olan, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimiz Qasımzadə Azər Yaqub oğlunun övladı Yusifin 6 yaşı tamam olub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, şəhid anası Maya Quluyeva, qazilər şəhidin ailəsinin yaşadığı evdə olublar. 6 yaşının tamam olması münasibəti ilə Yusifi təbrik etdib, xoş arzularını çatdırıblar, ailəsinə, vətəninə layiqli ovlad olmasını arzulayıb, hədiyələr təqdim etdiblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və qonaqlara öz minnətdarlıqlarını bildiriblər.