Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olundu

10 avqust 2021 | 16:00

Bu gün, şəhidimiz Əlizadə Elşən Faiq oğlunun cənnətdəki ilk doğum günüdür.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə doğulduğu İsmayılbəyli kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Keçidlər