Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə koronavirus pandemiyası ilə bağlı dezinfeksiya işləri gücləndirilib

09 avqust 2021 | 16:00

Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.

Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən dövlət müəsisələrində, çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda aparılıb.

Yoluxma sayının artması ilə əlaqədar aparılan tibbi-profilaktik tədbirlərlə yanaşı vətəndaşlarımızı özümüzün və yaxınlarımızın, ətrafdakıların həyatını COVID-19 təhlükəsindən qorumaq üçün vaksinasiyadan keçməyə dəvət edirik.

 

Keçidlər