Rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir
Rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Şəhərin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydanı yenidən qurulur, prospektdə səkilər yenilənir, tamamilə yeni müasir səki daşları düzülür, müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılır, yeni kanalizasiya və su xətləri çəkilir. “Heydər parkı”nda uşaqlar üçün əyləncə mərkəzi yaradılır, uşaq karuselləri quraşdırılır. Prospektdə yerləşən rayon icra hakimiyyətinin inzibati binası təmir olunur.
Uzun illər içməli su sarıdan əziyyət çəkən Səməd Vurğun və Rövşən Kərimov küçələrinin sakinlərinin su problemini həll etmək üçün 1 ədəd subartezian quyusu qazılır.
Şəhərin Nizami və Vasif Hüseynov küçələrində yaşayış binalarının yerləşdiyi ərazidə təmizlik və abadlıq işləri aparılaraq binanın sakinləri və uşaqların istirahəti üçün “Nümunəvi məhəllə” yaradılır. Nizami küçəsində 100 yerlik yeni körpələr evi-uşaq bağçasının tikintisinə başlanmışdır.
Dörd kəndi birləşdirən Qaradağlı-Xoruzlu, Qapanlı, Qaraağacı, Qaradağlı, Borsunlu, Sarov, Bəyimsarov, təmas xəttində yerləşən Qazyan, Qapanlı kəndlərində kəndarası yollara qum-çınqıl tökülərək hamarlanır. Cəbhə bölgəsində yerləşən Qapanlı kəndində kəndarası küçələrdə müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi quraşdırılıb.
Dörd kəndi birləşdirən Qaraağacı-Seysulan kəndlərinin yoluna asfalt salınması üçün ilkin işlərə başlanılmışdır.