Şriftin ölçüsü :

Saytın rəngi :

Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu mövzusunda tədbir keçirilib

06 avqust 2021 | 16:00

Avqustun 3-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyası Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Seydimli kəndində “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi çərçivəsində karantin qaydalarına uyğun formatda tədbir keçirib.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində kənd gəncləri üçün müxtəlif təlim və vörkşoplar keçirilib, gənclər siyasəti, gənclər təşkilatları haqqında məlumatlar, gənclərlə iş, həmçinin uğurlu karyera, düzgün peşə seçimi mövzusunda məlumatlar verilib.

 

Keçidlər