Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 85 yaşlı Nübar Mədətliyə baş çəkib

26 iyul 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Azad Qaraqoyunlu kəndində yaşayan 85 yaşlı şairə, publisist Nubar Mədətlinin evində olub, onun səhəti ilə maraqlanıb.

Nubar Mədətli uzun illər Azad Qaraqoyunlu kənd tam orta məktəbində müəllim işləyib.  O, “Aşıq Pəri” məclisinin üzvü olub, ona yaxın kitab, yüzlərlə məqalə  müəllifidir. 8 övladı, 20-yə yaxın  nəvəsi var.

Şairə  icra başçısını  sevinclə qarşılayıb, Vətən müharibəsində  qazanılan Qələbəni sevinc göz yaşları ilə qarşıladığını bildirib, I Qarabağ müharibəsində şəhid olmuş şagirdi, Azərbaycannın  Milli Qəhramanı Elman Hüseynovla bağlı xatirələrini bölüşüb. Təqaüdçülərə  göstərilən diqqət və qayğıya, kəndarası  yollarının tikintisinə görə  respublika Prezidenti cənab İlham Əliyevə, birinci vitse Prezidenti  Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər