Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakmiyyətinin Başçısı Müstəqim Məmmədovun Milli Mətbuat günü münasibəti ilə jurnalistlərə təbriki

21 iyul 2021 | 16:00

Əziz media işçiləri! Sizi əsası 1875-ci  ildə Həsən bəy Zərdabi tərəfindən  “Əkinci” qəzetinin nəşrə başlaması ilə qoyulmuş Milli Mətbuat günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, məsuliyyətli, fədakar və şərəfli işinizdə müvəffəqiyyətlər arzulayıram. Qələminiz iti, sözünüz həmişə kəsərli olsun!

“Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində mühüm rol oynamışdır.  Bu gün muasir media “Əkinçi” nin nəvə və nəticələridir.

  Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi haqqında” fərmanı ilə kütləvi informasiya vasitələri üzərində  senzura ləvğ edilmiş, bu fərman kütləvi informasiya vasitələrinin inkişafına güclü təkan vermişdir.

Ötən illər ərzində Azərbaycan mətbuatı inkişaf etmiş, Azərbaycan Respublikası Prezidenti  Cənab İlham Əliyevin diqqət  və qayğısı  nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılmışdır.

Möhtərəm  Prezident cənab İlham Əliyevin 2009-cu ilin  mart ayında imzaladığı sərəncamla Kütləvi İnformasiya  Vasitələrinə  Dövlət Dəstəyi Fondu yaradılıb. Fikir, söz azadlığına dövlət tərəfindən verilən dəstək alqışa layiqdir.

Milli mətbuatımızın yubileylərinin  respublikamızda geniş və təntənəli  şəkildə qeyd olunması, jurnalistlərin  fəxri  adlarla təltif olunması, onlara yaşayış binalarının tikilməsi mətbuata, jurnalistlərə dövlət tərəfindən göstərilən  diqqət və qayğının təzahürüdür.

Mən sizlərə təbirikimdə Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında  bir fikrini xatırlatmaq istəyirəm: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün  Azərbaycanın dünyada eşidilən səsidir”

Bəli,  jurnalistlərmiz həqiqətləri  bütün dünyaya çatdırır.

Biz Vətən müharibəsində  Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuzun gücü, qüvvəsi  ilə zəfər qazandıq. 30 ildən sonra doğma dədə-baba torpaqlarımızı işğaldan azad etdik. İnformasiya müharibəsində isə jurnalistlərimiz qələmlərindən silah kimi istifadə etdilər. Həqiqətləri, düşmən təxribatlarını bütün dünyaya çatdırdılar. Yazıları, cəbhə bölgəsindən verdikləri canlı reportajları ilə həmişə ön cəbhədə oldular.

Bildiyiniz kimi vətən müharibəsində Tərtər və onun yaşayış məntəqələri  ən çox atəşə tutulan ərazilərdəndir.     

Düşmən Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Hərbi,  mülki şəhidimiz olub, evlərimiz, inzibati və sosial obyektlərimiz dağılıb. Bu zaman media işçiləri həmişə bizim yanımızda olub. Tərtərlilərin ön cəbhədə necə mərd-mərdanə dayandıqlarını bütün dünyaya bəyan ediblər.

Mən bütün kütləvi informasiya vasitələri işçilərini tərtərlilər adından təbrik edir, onlara Vətən müharibəsində göstərdikləri vətənpərvərliyə görə öz minnətdarlığımı bildiririəm. Jurnalistlərə şəhid ailələrimizlə, qazilərmizlə bağlı yazılarına, çəkilişlərinə görə “çox sağ olun”,- deyirəm. Onlara  güclü qələm, qərəzsiz mövqe, real faktlara əsaslanmış yazılar, çəkilişlər arzulayıram.

Bayramınız mübarək!

Keçidlər