Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul keçirilmişdir

21 may 2014 | 15:00

Qaraağacı kənd İƏD-nin Qapanlı kəndində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar görüş – qəbulu olmuşdur. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, xidmət idarə və müəssisələrinin rəhbərləri KİV nümayəndələri iştirak etmişlər. Qəbulda Qarağacı kənd İƏD üzrə nümayəndə Zakir Əliyev çıxış edərək  rayon icra hakimiyyəti başçısını salamlamış, düşmənlə həmsərhəd kənddə səyyar görüş-qəbul keçirdiyi üçün kənd sakinləri adından öz minnətdarlığını bildirmiş, kəndin sosial-iqtisadi inkişafı haqqında məlumat vermişdir. Qaraağacı bələdiyyəsinin sədri Lətif Həmidov, Qaraağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quliyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, kənd sakinləri Əli Əliyev, Cahangir Məmmədov, Xanım Ağalarova, Səfər Hüseynov, Mahmud Məmmədov, Bahadur Süleymanov, Namiq Hüseynov, Qaradağlı kənd sakinləri Mirhüseyn Salayev, Məhərrəm Nəbiyev,  II qrup Qarabağ müharibəsi əlili Arzuman Məmmədov çıxış edərək kənd sakinlərinin içməli  su problemi, müharibədən zərər çəkmiş evlərin bərpa olunması, kənd yolunun asfaltlanması ilə bağlı  təklifər irəli sürdülər.

Sakinlərin həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində respublika Prezidentinin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan rayon rəhbəri hər bir vəzifəli şəxsin bu məsələdə dövlət başçısından nümunə götürməli olduğunu, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşıldığını, onların problemlərinin yerindəcə, vaxtında həll olunması üçün bütün səy və bacarıqlarını səfərbər etdiklərini bildirmişdir.


Keçidlər