Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qurban bayramı münasibəti ilə rayon sakinlərinə təbriki

19 iyul 2021 | 16:00

Əziz tərtərlilər!

Sizin timsalınızda bütün dünyada yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, süfrənizə bol ruzi, firavan və xoşbəxt həyat arzulayıram.

Bu bayram hər kəsi mərhəmətə, ulu Tanrının insanlara bəxş etdiyi ruzini paylaşmağa, həmrəy olmağa çağırır. Allah kəsdiyiniz qurbanları qəbul etsin! Hər evdə, hər ocaqda qurban payları qaynasın, hər kəsə kəsilən qurbanlardan pay düşsün. Ehtiyacı olan kəsin qapısı qurban payı ilə döyülsün!

Bu ilki Qurban bayramında torpaqlarımız uğrunda canından keçən, qanları, canları bahasına bizə 30 ildən sonra qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsini, onların ailəsini yad etmək hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıb, Vətən üçün igid oğullar böyütdükləri üçün şəhid analarının qarşısında baş əyirəm, onlara səbr arzulayıram.

Tanrı yolunda kəsilən qurbanlarınız qəbul olsun! Bir daha hər birinizi Qurban bayramı münasibəti ilə təbrik edir, gələn Qurban bayramını məcburi köçkünlərimizə öz doğma yurdlarında keçirməyi, “böyük qayıdış” üçün qurban kəsilməsini arzu edirəm. İnanırıq ki, Zəfər günü kimi “böyük qayıdış”ın da sevincini birlikdə yaşayacağıq.

Bayramınız mübarək!

Keçidlər