Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimatı olub

17 iyul 2021 | 16:00

İyulun 17-də  Tərtər rayon Heydər Əliyev Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və  Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya Fakultəsinin birgə təşkilatçılığı ilə əslən Tərtərli, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanovun yazdığı  Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, fəlsəfə doktoru, dosenti Ələmdar Cabbarlı, monoqrafiyanın müəllifi, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının redaktoru, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosenti Knyaz Aslan,  Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademkitab” Birliyinin Baş direktoru Əlağa Cəfərov, Tərtər rayonunun mədəniyyət işçiləri və ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları öncə mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əziz Şuşa Sən Azadsan” “Əziz Şuşa, biz Səni dircəldəcəyik”, “Xoşbəxt insanam ki, ata vəsiyyətimi yerinə yetirdim”, “Qarabağ Azərbaycandır”! müdrik kəlamlarını əks etdirən videofilm nümayiş olunub.

Tədbir iştirakçıları filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanovun Tərtər Rayon MKS-nə hədiyyə etdiyi kitabların (bir min beş yüz nüsxə) bir qisminin sərgisinə baxıblar.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə qonaqları salamlayıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Ümummilli Liderin hakimiyyəti illərində öz inkişafının yüksək pilləsinə qədəm qoyub. 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan verib.

Rayon rəhbəri Ulu Öndərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyidir” sözlərini xatırladaraq qeyd edib ki, dahi rəhbərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılıq inkişaf etdirilir, kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılır, kitab fondu yeni nəşr olunmuş ədəbiyyatlarla zənginləşdirilir.

Rayon rəhbəri həmçinin 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən də bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının müəllifi Rasim Süleymanov çıxış edərək monoqrafiya haqqında məlumat verib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, fəlsəfə doktoru, dosenti Ələmdar Cabbarlı, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının redaktoru, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Knyaz Aslan,  filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademkitab” Birliyinin Baş direktoru Əlağa Cəfərov, Tərtər Rayon MKS- nin direktoru  İlduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Keçidlər