Tərtər rayonunda dezinfeksiya tədbirləri davam etdirilir
15 iyul 2021 | 16:00
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri davam etdirilir.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən inzibati binalarda, çoxmənzilli yaşayış binalarında, binaların giriş bloklarında, pilləkənlərində və insanların kütləvi toplaşdığı digər yerlərdə aparılıb.